Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, nazirlər Ermənistanın Azərbaycana qarşı hərbi hücumları, həmçinin iki ölkə arasında turizm əlaqələrini və Liviya böhranı məsələlərini müzakirə ediblər.