Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti RF üçün çox həssas adlandırıb
Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti onun ölkəsi üçün çox həssas adlandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə deyib: “Ermənistan-Azərbaycan sərhədində bizim üçün çox həssas vəziyyət yaranıb”.
Rusiya liderinin mətbuat katibi Dmirti Peskovun sözlərinə görə, Prezident Vladimir Putin MDB ölkələri ilə, o cümlədən əsasən sərhəddə vəziyyətin kəskinləşməsinin davam etməsi fonunda Azərbaycan və Ermənistan ilə Rusiyanın münasibətlərini Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
Müşavirədə Baş Nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, təbiət mühafizəsinin fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə Prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.