Misirin diplomatik nəşri rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi barədə məqalə dərc edib

A- A A+

Misirin “Aldiplomasy” nəşri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Rusiyada çıxan “Kommersant” qəzetinə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə müsahibəsi əsasında rəsmi Bakının mövqeyinə dair məqalə dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə məlum hadisələrin ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq birlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yönəlmiş tədbirləri gücləndirməyin zəruri olması barədə Hikmət Hacıyevin sözləri vurğulanıb. Qeyd edilib ki, regionda sülhə və təhlükəsizliyə təhdidin əsas mənbəyi münaqişənin nizamlanmamış statusudur və sonuncu dəfə vəziyyətin kəskinləşməsi bir daha göstərdi ki, erməni tərəfi regionda vəziyyətin kəskinləşməsi, gərginlik yaradılması və iki ölkə arasında dövlət sərhədi və təmas xətti boyunca eskalasiya üçün bu cür hərbi avantüralardan həmişə istifadə edir.

Məqalənin müəllifi Əşrəf Əbu-Ərəf qeyd edib ki, Hikmət Hacıyev danışıqlar prosesinin mahiyyətinin Azərbaycan ərazilərinin işğaldan azad olunması və azərbaycanlı qaçqınların öz yurdlarına qaytarılmasını təmin etmək, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək olduğunu bildirib. O əlavə edib ki, vaxtilə BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamələri əsasında plan tərtib edilib, lakin 30 il keçməsinə baxmayaraq həmin sənədin icrası reallaşmır. Azərbaycan rəsmisi Minsk prosesində 11 ölkənin iştirak etdiyini və onların hamısının fəal olmasının vacibliyini vurğulayıb.

Məqalənin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə misirli oxuculara məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: