Astanada keçirilən kitab sərgisində erməni təxribatının qarşısı alınıb

A- A A+

Qazaxıstanın paytaxtı Astanada keçirilən III Avrasiya Beynəlxalq Kitab Sərgisində ermənilər növbəti dəfə təxribata əl atıblar.

NUHÇIXAN xəbər verir ki, Ermənistan guşəsində guya azərbaycanlılar tərəfindən ermənilərə qarşı törədilmiş qətliamlardan bəhs edən kitablar, habelə Azərbaycan ərazisinin təhrif olunduğu müxtəlif xəritələr nümayiş olunurdu.

Azərbaycanın Qazaxıstandakı səfirliyi sərgi rəhbərliyinə və təşkilatçılara etiraz edib. Azərbaycan tərəfinin haqlı etirazına əsasən qeyd olunan kitablar və xəritələr erməni stendindən yığışdırılıb. Təşkilatçılar erməni tərəfinə lazımi xəbərdarlıq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: