Amerikalı israillilərin ən böyük təşkilatı Los Ancelesdə azərbaycanlılara qarşı erməni vəhşiliklərini pisləyib

A- A A+

Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) iyulun 21-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı törətdikləri vəhşilikləri pisləyib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, IAC-ın yaydığı açıqlamada Baş Konsulluğun qarşısında toplaşmış azərbaycanlılara hücumun qəbuledilməz olduğu bildirilib. Həmçinin, təhlükəsiz şəkildə söz və toplaşmaq azadlığının qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qarşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib. Sonda təşkilat xəsarət alanların tez bir zamanda sağalmasını diləyib və hüquq mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Los Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir. Los Ancelesdəki Baş Konsulluğumuz bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: