Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən təlim-metodiki toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına və xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki müxtəlif təlim trenajorlarında şəxsi heyətin sürücülük və atəş bacarıqları praktiki olaraq yoxlanılıb. Toplantıya cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları biliklərin real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilməsi məqsədi ilə praktiki atış çalışmaları yerinə yetirilib.

Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyalar təşkil olunub. Həmçinin gənc zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.

Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə polkovnik Mənsum Əhmədov məqbullar götürülən zaman gənc zabitlərin yüksək nəticələr  göstərdiklərini qeyd edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə keçirilən təlim-metodiki toplantının əhəmiyyətindən danışıb və toplantıda nümunəvi iştirak etdiklərinə görə zabitlərin bir qrupuna təşəkkür elan edərək həvəsləndirib.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: