Türkiyədə PKK terror qruplaşmasına sarsıdıcı zərbə vurulub

A- A A+

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirərək ona sarsıdıcı maliyyə zərbəsi vurub.

NUHÇIXAN xəbər verir ki, antiterror əməliyyatı eyni vaxtda Hakkari və Vanda olmaqla 200 polisin iştirakı ilə 26 ünvanda keçirilib. Nəticədə 17 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 6-sı məhkəmənin qərarı ilə dərhal həbs olunub.

Axtarış aparılan ünvanlardan 6 min 559 paket gömrük qeydiyyatından keçməyən siqaret və 458 min 600 ABŞ dolları ələ keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: