İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı Əmirvan-Vəndam avtomobil yolu ilə tanışlıqdan sonra Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.