Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimləri qardaş ölkənin KİV-lərində geniş işıqlandırılır - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, türkdilli tamaşaçılar və oxucular üçün yayımlanan məlumatlarda Türkiyə Silahlı Qüvvələrinin təlimlərdə iştirak edən birliklərinin Azərbaycanda böyük təntənə ilə qarşılandığı qeyd olunub. Həmçinin hərbi birləşmələrin qarşılanma mərasimi və təlimlərin gedişi ilə bağlı geniş videomateriallar və fotolar yayılır. İki qardaş ölkə arasındakı hərbi müttəfiqlik tanınmış ekspertlər tərəfindən də şərh edilməkdədir.

Sözügedən məlumatlar Anadolu Agentliyi, TRT HABER, A HABER, TRT AVAZ, HABER TÜRK, CNN TÜRK, BENGÜ TÜRK televiziya kanalları, “Takvim”, “Yeşil İğdır”, “15 Temmuz”, “Milliyet”, “Sözcü” qəzetləri, o cümlədən əyalətlərdə fəaliyyət göstərən onlarla mətbuat orqanı tərəfindən davamlı olaraq yenilənir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: