Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, avqustun 4-də Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.