Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır

A- A A+

İyulun 30-da “Politnavigator” saytında Aleksandr Rostovtsevin “Paşinyan rusofobiyada ittihamlardan yaxa qurtarmağa çalışır” sərlövhəli məqaləsi dərc edilib. NUHÇIXAN İnformasiya Agentliyi həmin məqaləni ixtisarla təqdim edir.

***

İyulun 18-də rusiyalı jurnalist Marqarita Simonyan öz “Telegram-kanal”ında Paşinyan administrasiyasına müraciət edib, “İnqilabçı” siyasi xadimləri Rusiyaya xəyanətdə, rusofobiyanın yayılmasında, əsas məsələlərdə şimaldakı müttəfiqlərindən tam asılı olmaqda ittiham edib. 

Müraciətin mətni çox emosional alınıb və Paşinyanın, onun ətrafındakıların siyasətinin ağrılı yerlərinə toxunub. Rusiyalı jurnalisti sosial şəbəkələrdə sıxışdırmağa başlamış erməni maydaunlar dərhal Simonyana hücum ediblər. Ona öz soyadını dəyişmək, özünü daha erməni hesab etməmək, Ermənistanı həmişəlik unutmaq, ən yaxşısı – “böyük erməni millətini biabır etməmək” üçün sakitcə yoxa çıxmaq təklif edilib.

Paşinyana dəstək qrupundakı şərhçilərin əksəriyyətinin fikrincə, Simonyanın prinsip etibarilə özünü erməni hesab etməyə haqqı yoxdur, çünki özünün etiraf etdiyi kimi erməni dilini bilmir və Rusiyanı özünün vətəni hesab edir. Bu qatı millətçilərin fikrincə, “əsl ermənilər” harada yaşamalarından asılı olmayaraq yalnız Ermənistanı özlərinin vətəni hesab edirlər.

Paşinyanın qatı millətçi tərəfdarlarının məntiqinə görə Şarl Aznavur, müğənni Şer, tennisçi Andre Aqassi və öz əcdadlarının dilini bilməyən və Ermənistanı yalnız televiziyada xəbərlərə baxarkən xatırlayan bir sıra başqa məşhur diaspor nümayəndələrini ermənilərin siyahısından çıxarmaq lazımdır, lakin bu halda “əsl ermənilərin” qürurlanması üçün səbəb qalmayacaq, çünki onlar öz siyasi kumirləri ilə bərabər heç kimdirlər və onları necə adlandırmağı bilən yoxdur.

“Kavkazskiy uzel” portalının siyasi şərhçisi və jurnalist Karen Mirzoyan Simonyana və bütün Rusiyaya ünvanlanmış isterik, cəfəng və təhqirlərlə dolu cavab dərc etdirib. Diskussiyada belə üsuldan adətən dikbaş uşağı danlamaq üçün yaşlı əmisinin mövqeyindən tətbiq edilir. Paşinyan deyib: “Rusiyada başa düşməlidirlər ki, Ermənistanda Rusiyanın müttəfiqi nə Paşinyandır, nə Petrosyan, nə Poqosyan, nə Sarkisyan, nə də Koçaryan. Rusiyanın müttəfiqi və tərəfdaşı erməni xalqıdır. Bu, çox mühüm məqamdır”.

Belə təsəvvür yaranır ki, ya Marqarita Simonyanın müraciətini Paşinyan üçün pis tərcümə ediblər, ya da Paşinyan rus dilində çox pis bilir. Məsələ burasındadır ki, Simonyanın müraciətində Ermənistan xalqına heç bir irad yoxdur və Paşinyanın izahatı olmadan da məlumdur ki, Ermənistan xalqı Rusiyanın müttəfiqi və tərəfdaşıdır.

Paşinyanın rəhbərlik etdiyi Ermənistanda mühüm vəzifələrə yerləşdirilmiş oyuncaq fiqurların ipini dartmaqda Sorosa heç kəs mane olmur. Ermənistan hökumətində Rusiyaya rəğbət bəsləyən adamlar demək olar ki, qalmayıb. Respublika Parlamentində yeganə şərti rusiyapərəst fraksiya Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” fraksiyasıdır, lakin bu fraksiyanın liderini 2020-ci ilin iyununda deputat toxunulmazlığından məhrum ediblər ki, müxalifətçiyə qarşı cinayət işi qaldırmaq mümkün olsun.

Belə çıxır ki, Paşinyan “Ermənistan xalqı” dedikdə yalnız öz məsləkdaşlarını, pərəstişkarlarını və Qərbin təsir agentlərini nəzərdə tutur.

Dağlıq Qarabağın tanınması problemində nüanslar çoxdur. Məsələn, bu tanınmamış qondarma respublika Azərbaycan ilə müharibə nəticəsində Ermənistanın köməyi ilə Azərbaycanın bir neçə rayonunu tutaraq öz tərkibinə daxil edib, halbuki həmin rayonlar heç vaxt Ermənistanın və ya Dağlıq Qarabağın tərkibində olmayıb.

Digər tərəfdən qrant həvəskarlarının “sizin pullarınız xatirinə hər bir şıltaqlığınıza dözərik” prinsiplərini nəzərə alsaq, Paşinyanın ətrafındakıların beynində kök salmış ikiqütblülük mövqeyinə heyrətlənməyə dəyməz.

Beləliklə, Paşinyan öz səhvlərini etiraf etmək və məsuliyyəti öz sələflərinin üzərinə yıxmaq əvəzinə bir daha Rusiyaya düşmən münasibətini sübut edib, rusiyalı jurnalist xanımı diplomatik formada da olsa, təqib edənlərə qoşulub. Hərçənd, başqa cür ola da bilməzdi. Axı maydaun – diaqnozdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: