Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb.

2020-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar olaraq bütün birlik, birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb.

Tədbirlərdə tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib.

Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər.

Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqəsinin kordinasiyası məqsədi ilə yeni tədris dövrünün ilk məşğələlərinin keçirilməsinə başlanılıb.

Bölmələrdə döyüş hesabatı və tapşırıqlar dəqiqləşdirilir, qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində həyəcan siqnalı ilə məşq etdirilir.

 

Nəriman Nəcəfov


 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: