Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin avqustun 4-də iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə edilib.