Ankarada Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.