“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini gələcəkdə daha artıracaq.
“Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmadır ki, bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.