Hikmət Hacıyev: Ölkə üzrə mövcud epidemioloji vəziyyət qiymətləndirilərək müvafiq yumşaldılma tədbirləri həyata keçirilir

A- A A+

Biz birgə səylərimizlə müsbət nəticələrə nail olmuşuq. Ölkə üzrə mövcud epidemioloji vəziyyət qiymətləndirilir, dünyadakı yoluxma tendensiyası ciddi şəkildə təhlil edilir və müvafiq yumşaldılma tədbirləri həyata keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: “Artıq çimərliklərin, bir sıra kiçik satış məntəqələrinin açılması həyata keçirilib. Avqustun 18-dən etibarən isə ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib. İctimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək üçün istifadə edilən əmlak kompleksi, yəni restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər nəzərdə tutulur. Burada həm hüquqi şəxslərin, həm müştərilərin bütün qaydalara riayət etmələri olduqca vacibdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: