Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.