Mətin Yıldırım: Azərbaycan Ordusunun qüdrətlənməsi Türkiyə ictimaiyyətində ruh yüksəkliyini daha da artırır

A- A A+

Azərbaycan Silahlı Qüvvələri tarixi yüksəliş mərhələsinə qədəm qoyub. Bakıda keçirilən hərbi parad Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, bir daha düşmənə göz dağı verib.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım deyib.

M.Yıldırım qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad başa çatandan sonra Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşlar keçirməsi Azərbaycanın və Türkiyənin inkişafını, uğurlarını istəməyən bütün məkrli qüvvələrə açıq mesajdır. Bu uçuşlar tarixi birliyimizin, qardaşlığımızın müasir formada göstəricisidir.

Ekspert deyib: “Azərbaycan Ordusunun qüdrətlənməsi Türkiyədəki ictimaiyyət arasında ruh yüksəkliyini daha da artırır. Peşəkar ordu müstəqilliyin və xalqın təhlükəsizliyinin qarantıdır. İftixar edirik ki, Azərbaycan Ordusu bütün parametrləri ilə inkişaf etməkdədir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: