Cəbrayılın əsir abidələri - FOTOLAR
1993-cü il avqustun 23-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, daş üzərində süjet xarakterli oymalar, mağara, kurqan tipli abidələr, çoxlu sayda qəbirüstü abidələr, qoç fiqurları, məişət və digər əşyalar, 11 və 15 aşırımlı körpülər, gümbəzlərlə zəngindir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəbrayıl şəhərində Ağoğlan nekropolu (ilk orta əsrlər), Sirik kəndində Qala bürcü (V-VI əsrlər), Xələfli qəsəbəsində Qız qalası (XII əsr), Cəbrayıl şəhərində, Qalacıq, Naftahar, Mahmudlu, Xudyarlı, Karxulu, Şıxlar, Şıxlı, Qışlaq, Hovuslu, Şəkərbəyli kəndlərində tunc və ilk dəmir dövrünə aid kurqanlar və yaşayış yerləri, Dağ Tumas kəndində Divlər sarayı, sərdabə, Tatar kəndində Siklop tikililəri (b.e.ə. III minillik), Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri (b.e.ə. II minillik), Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri (XII-XIII əsr), Xələfli qəsəbəsində Başıkəsik günbəz (XIII-XIV əsrlər), həmçinin kəhrizlər, ərəb yazıları ilə qoç abidəsi (XV əsr), Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə (XIV əsr), XVI və XIX əsrlərə aid məscidlər 27 ildir erməni vəhşiliyinin qurbanına çevrilib.