Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyaları ictimaiyyətə təqdim edir.