Azərbaycan türkü bizim doğma qardaşımızdır. Biz bir millət, iki dövlətik. Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana hücumları şiddətlə qınayırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Anadolu agentliyinin təşkil etdiyi canlı yayımda sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, Ermənistan öz boyundan böyük işlərə girişir.