Acarıstan Muxtar Respublikası hökumətinin yeni rəhbərinin adı bəlli olub

A- A A+

Acarıstan Muxtar Respublikası (MR) hökumətinin yeni rəhbəri vəzifəsinə namizəd irəli sürülüb.

NUHÇIXAN xəbər verir ki, “Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktoru Tornike Rijvadze Acarıstan hökumətinin yeni başçısı olacaq. Onun namizədliyi muxtar respublikanın Ali Məclisi tərəfindən dəstəklənib.

T.Rijvadze yaxın günlərdə yeni hökumətin tərkibini təqdim etməlidir. Bundan sonra Ali Məclis yeni hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: