Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili ilə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviçlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı,qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.