Naxçıvan nümayəndəliyinin rəhbəri Çin səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə sıx iqtisadi əlaqələr, bir çox sahələr üzrə həyata keçiriləcək real layihələr, rəsmi səfərlər və digər istiqamətlərdə səmimi müzakirələr aparılıb.