İkinci Xəzər İqtisadi Forumu 2021-ci ildə Moskvada keçiriləcək

A- A A+

İkinci Xəzər İqtisadi Forumu 2021-ci ildə Moskvada keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qazaxıstanın XİN başçısı Muxtar Tleuberdi ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O deyib: “Eyni zamanda biz Altıncı Xəzər Sammitinə hazırlıq işləri aparırıq. Bu tədbir, bu zirvə görüşü üçün çox sanballı sənədlər paketi hazırlanır”.

S.Lavrov vurğulayıb ki, Rusiya və Qazaxıstan “Xəzər beşliyi” tərkibində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin davam edilməsi zərurətinə aid məsələdə vahid mövqe tuturlar. Nazirin fikrincə, regionda təhlükəsizliyin, nəqliyyat əlaqəsinin, ətraf mühitin qorunması, turizmin inkişafı, elmi əlaqələrin təmin edilməsinə görə əsas məsuliyyət Xəzəryanı region ölkələrinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) üzərinə düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: