Türkiyə telekanalları Naxçıvanda keçirilən təlimlərə geniş yer verib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvanda gerçəkləşdirdiyi təlim  qardaş ölkənin telekanallarında da geniş işıqlandırılıb. STAR TV, XƏBƏR QLOBAL, TGRT xəbər, TRT xəbər, Anadolu Agentliyi, CNN Türk, ATV, SHOW TV kimi məşhur kanallarda yayımlanan xəbərlərdə bildirilir ki, Naxçıvanda keçirilən təlim Cənubi Qafqazı hərəkətə gətirib.

Həmçinin qeyd olunur ki, 2 min 600-dən artıq əsgərin, 200-dən artıq tank və digər zirehli texnika, 18  təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-yə yaxın avtomobil texnikasının cəlb olunduğu təlimdə Türk ordusu ilə çiyin-çiyinə verib güclərini birləşdirən Azərbaycan əsgəri şərti düşmən hədəflərini yerlə-yeksan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: