Mustafa Şentop: Azərbaycan Prezidentinin Yunanıstan səfirini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən məsələdə dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Ankarada səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə ifadə edib.
Mustafa Şentop deyib: “Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi. Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürümüzü bildiririk”.