Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 3 məsələ daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin gördüyü işlər barədə hesabat veriləcək, komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılacaq.
Komitə üzvləri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsi və cari məsələlər ilə bağlı müzakirələr aparacaqlar.