Mövlud Çavuşoğlu: Azərbaycanla bu gün də çiyin-çiyinə, tək ürəyik - VİDEO

A- A A+

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının işğaldan azad olunmasının 102-ci ildönümündə əziz şəhidlərimizi ehtiramla anırıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” sosial şəbəkə hesabında yazıb.

“Eyni ruh və inamla can Azərbaycanla bu gün də çiyin-çiyinə, tək ürəyik. Odlar Yurduna salamlar olsun”, - deyə Mövlud Çavuşoğlu bildirib.

O, həmçinin paylaşımına Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyini əks etdirən video da əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: