Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Gəncə şəhəri üzərində birgə uçuşlar keçirəcək
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14:00-dan etibarən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin Gəncə şəhəri üzərində nümunəvi uçuşları keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.