Bakının düşmən işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızın əlamətdar gününü təbrik edirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu təbrik mesajı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” sosial şəbəkə hesabında edilən paylaşımda öz əksini tapıb.
“Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından azad olunmasının 102-ci ildönümünü təbrik edir, bütün şəhid və qazilərimizi rəhmət və ehtiramla yad edirik”, - deyə təbrik mesajında vurğulanır. Həmçinin Azərbaycan ilə Türkiyənin bir millət, iki dövlət olduğu xatırladılır.
Mətnin sonunda Azərbaycan və Türkiyənin dövlət bayraqları, Qafqaz İslam Ordusuna aid foto paylaşılıb.