Ermənilərin törətdiyi Sirab qətliamından 100 il ötür

A- A A+

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 100 il keçir. İllər, əsrlər keçsə də törədilən bu vəhşilik və cinayət aktı tarixin yaddaşında qara ləkə kimi qalacaq. Hər birimiz bu tarixi dərindən öyrənməli, onu gələcək nəsillərə çatdırmalıyıq.

Ermənilər özlərini dünya ictimaiyyətinə “yazıq millət”, “əzabkеş xalq” kimi qələmə vеrərək azərbaycanlılara qarşı vəhşiliyi Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yеrlərdə bоlşеvik adı ilə pərdələnmiş Stepan Şaumyanın rəhbərlik еtdiyi Bakı Kоmmunası hökumətinin əli ilə həyata kеçirdilər. Bakıda еrməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 17 min azərbaycanlını məhv еtmiş, müsəlman məhəllələrini talayıb-çapmış, “İsmailiyyə”ni yandırmış, bir nеçə qəzеt və jurnal rеdaksiyalarını dağıtmışlar. Anastas Mikоyanın “Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya оd vurulmuş, 2 minədək xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir. Bakı şəhərində azərbaycanlıların sоyqırımı bоlşеvizm bayrağı altında həyata kеçirilirdi. Guya bоlşеviklər hökumətə qarşı çıxış еdən qüvvələrə divan tuturdular. Əslində isə bоlşеvik adı ilə pərdələnən ermənilərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın, soyqırımı idi. Görkəmli dövlət xadimi Nəriman Nərimanоv еrmənilərin törətdikləri qırğınlardan dəhşətə gələrək yazırdı: “Müsəlman hətta bоlşеvik оlsaydı bеlə, оna aman vеrmirdilər. Daşnaklar dеyirdilər: “Biz hеç bir bоlşеvik tanımırıq, təkcə еlə müsəlman оlmağın kifayətdir”. Оnlar istədikləri adamı öldürür, еvləri dağıdır, xaraba qоyurdular... Bоlşеvizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yоl vеrir, uşaqlara və hamilə qadınlara belə rəhm еtmirdilər.

Bakı ilə yanaşı, еrmənilər Azərbaycanın digər bölgələrində–Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bölgələrdə də bu qətliamları və soyqırımlarını davam etdirirdilər. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı sоyqırımı həm miqyas еtibarı ilə, həm də vəhşiliyi ilə hеyrət dоğurur. Azərbaycanlıların yaşadıqları еlə ərazi yоx idi ki, оrada еrməni vəhşiliyi özünü göstərməsin. 1918-ci ilin mart-aprеl aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda еrmənilər 50 min azərbaycanlı qətlə yеtirmiş, 10 minlərlə insanı öz ata-baba tоrpaqlarından qоvmuşlar. 1905-1907, 1918-1920-ci illərdə Naxçıvanda törədilən qırğınlarda yerli ermənilərin böyük rolu olmuşdur. 1905-1907-ci illərdə bəzi kəndlərimizdə məskunlaşan  ermənilər, əl altından silahlanır, azğınlıq edirdilər. 1918-ci il iyunun 24-də 124 nəfərlik Osmanlı silahlı qüvvəsi tərəfindən mühasirəyə alınmış Andronik Ozanyan125 əsgərini və atını itirərək Culfadan Naxçıvana daxil olur. Nehrəm uğrunda 3 gün vuruşma gedir. Kərbəlayı Muxtar, Hacı Mehdi, Müseyib və Müslüm qardaşları, topçu Yavər və digərlərinin fəallığı nəticəsində Andronik məğlubiyyətə uğradılır. Bundan sonra qaniçən Andronik Yaycı, Camaldın, Ərəzin, Bənəniyar və digər kəndlərdə dinc sakinlərə amansız divan tutur, eləcə də əsas qüvvələri Sirab kəndinə yeridir. Yaxşı müdafiə olunan Nehrəm, Naxçıvan şəhəri və Cəhridən başqa digər yaşayış məntəqələrinin silahsız əhalisi Sirab, Daşqala, Şahbuz istiqamətinə qaçmağa çalışırlar. Kəndlərdə silahsız əhali erməni quldurlarına qarşı çıxmaq üçün uğursuz cəhdlər edirlər. Zeynəddin kəndində yaşlı insanların dediyinə görə, kəndin girəcəyində, Qahab çayının sol sahilində Xanməmməd kişi başına topladığı cavanlarla balta və yaba ilə erməni yaraqlılarına hücüm ediblər.  Qeyri-bərabər döyüşdə Xanməmməd kişi özü və gənclər şahid olublar.

1918-ci ilin iyul ayının 8-9-da  Sirabı qanına boyayan ermənilər  kəndin mərkəzində bir həyətdə özlərinin qərargahını yerləşdirmişdi. Kənddə ən çox itki verən də elə bu ailə olub.  Ailənin üzvü Əli Fərzəliyev evdən çıxarkən qətlə yetirilib.  Əlinin qardaşı Fərzəli həyat yoldaşı və qızı ilə dağlara tərəf çəkilərkən “Sərin bulaq” adlanan hissədə ermənilər onu və ailəsini amansız şəkildə qətlə yetiriblər. 1918-ci ildə Sirab kəndində baş verənlər  sözün əsl mənasında Azərbaycan türklərinə qarşı soyqırım idi. Qeyd etdiyimiz kimi, burada təkcə Sirab kənd sakinləri deyil, ətraf ərazilərdən gələnlər də qətlə yetirilib.  “Qarayazı”, “Yal dalı” adlanan düzlər, “Gəlin ağıl” və “Cinli keçidləri”, “Gavur yoxuşu” adlanan təpənin sinəsi insan cəsədləri ilə dolu idi. AMEA Naxçıvan Bölməsinin əməkdaşı Yaşar Rəhimov Naxçıvan Dövlət Arxivinə istinadən qeyd edir ki, erməni Andronikin qoşunları Naxçıvandan qaçarkən Sirab, Qahab və Kərimqulu Dizə kəndlərinin əhalisini qırmış, canlarını qurtaranlar isə öz yurdlarından qaçmaqla  xilas olmuşlar. Andronikin quldur dəstələri Naxçıvanın kəndləri olan Qoşadizə, Şəkərabad, Qahab, Zeynəddin, Sirab, Qaraqala və başqa kəndlərinə hücum edib əhalini qətlə yetirdikdən sonra kəndləri talan edərək yandırıblar. Əlacsız qalan insanlar Sirab dağına pənah gətirib. Amma ora toplanan  460 nəfər kişi, qadın, uşaq da bir gündə daşnaklar tərəfindən öldürülüb. Həmin dövrdə Naxçıvan ərazisində bütün taxıl əkinləri ermənilər tərəfindən yandırılıb məhv edilib. Qətlə yetirilənlərin cəsədlərini vaxtında toplayıb götürmək mümkün olmadığı üçün ətrafda  infeksion xəstəliklər, xüsusən vəba yayılmışdı.

Həmin il Culfa rayonunun Yaycı kəndinə hücum edən ermənilər 4 mindən artıq silahsız kənd sakinini qətl edərək cəsədlərini Araz çayına atıblar. Bu bir xalqa qarşı törədilən ən dəhşətli soyqırım aktıdır.  Mənfur qonşularımız əsrin ortalarında və sonlarında da bu cür çirkin hiylə və niyyətlərindən əl çəkməmiş, azərbaycanlılara qarşı yönəldilmiş etnik təmizləmə siyasətindən məharətlə istifadə etmişlər. XX əsrin əvvəllərində baş verən bu qətliamlar təəssüf ki, həmin əsrin sonlarında da təkrar edilib. Bu dəfə Xocalıda xalqımıza qarşı soyqırım törədən  ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində minlərlə insan şəhid olub.

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ulu öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına əsasən 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü kimi ölkəmizdə və onun hüdudlarından kənarda qeyd edilir. Ölkə başçısı cənab İlham Əliyev 18 yanvar 2018-ci il tarixdə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Bu sərəncamlar ermənilərin törətdikləri tarixi faciələrimizin təkrar olunmaması üçün atılan ən mühüm addımdır.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: