Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn danışıqlar prosesinin bərpası üzərində diqqət cəmlənməlidir
Biz onu əsas götürürük ki, indi Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən regionda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönələn danışıqlar prosesinin bərpası üzərində diqqət cəmlənməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə məsləhətləşmələr aparıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, o cümlədən nazirlərin hər biri ilə üçlüyün ayrı-ayrı görüşlərinin keçirilməsinə başlanılması kontekstində bundan sonra atılacaq addımlar barədə vasitəçilərin təkliflərini onlara çatdırıblar”, - deyə M.Zaxarova vurğulayıb.