Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb - FOTOLAR

370

Gürcüstanın interpressnews.ge, dalgatv.ge, report.ge, 24news.ge, news.ge saytları Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da telekanallara müsahibəsində Ermənistanın təxribatçı əməlləri və Gürcüstan-Azərbaycan münasibətlərinə dair söylədiyi fikirlər barədə geniş materiallar dərc ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan “Ermənistan yeni müharibəyə hazırlaşır”, “Qarabağda adları dəyişdirilmiş kəndlərə mütləq öz əsl adlarını qaytaracağıq", “Gürcüstanda gürcü familiyası altında olan ermənilər Gürcüstan-Azərbaycan əlaqələrini zədələməyə çalışırlar” sərlövhəli materiallarda Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni yerləşdirmə planları, Gürcüstanda yaşayan və gürcü familiyası daşıyan ermənilərin təxribatları barədə Azərbaycan Prezidentinin fikirləri oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda, “Gürcüstan etibarlı tərəfdaş və dostdur” sərlövhəli yazıda ölkələrimiz arasındakı dostluq əlaqələri, strateji tərəfdaşlığımızın prioritetləri barədə məlumat verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: