Özbəkistan portalları Azərbaycan Prezidentinin Ermənistanın mənfur siyasəti ilə bağlı fikirlərini dərc edib - FOTOLAR
Özbəkistanın “Kun.uz” və “Interpress.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəzi fikirlərini dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portallar xüsusilə də dövlətimizin başçısının Ermənistanın mənfur siyasəti, törətdiyi son təxribatlar, təcavüzkar ölkənin müharibəyə hazırlaşması, işğal etdiyi torpaqlarda bütün beynəlxalq konvensiyalara zidd olaraq apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı fikirlərini təqdim edib.