Özbəkistanın interpress.uz portalı Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsi ilə bağlı məqalə yayıb

A- A A+

Özbəkistanın interpress.uz portalı Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsi ilə bağlı rus dilində “Ermənilər PKK kürd terror təşkilatı ilə birgə Azərbaycan ordusuna hücuma hazırlaşır” sərlövhəli məqalə dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Özbəkistan portalı bu materialı Misirin cairo24.com saytına istinadla yayıb.

Məqalədə iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonundakı mövqelərinə hücumu və geri oturdulduqdan sonra işğalçı dövlətin PKK kürd terror təşkilatı ilə əməkdaşlığa başlaması və Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsindən bəhs edilir.

Yazıda bildirilir ki, 25 nəfərdən ibarət PKK terrorçusu İraqda, Qəndildəki PKK düşərgəsində təlim keçdikdən sonra Ermənistana göndərilib. Hazırda Suriyada Ermənistana göndərilmək üçün PKK terrorçuları gözləmə mövqeyindədir. Ermənistana göndərilmək üçün Suriyada və İraqda daha iki qrup təlim keçir.

Məqalədə deyilir ki, terrorçular hücum əməliyyatları üzrə ixtisaslaşıb. Bu da onu sübut edir ki, Ermənistan tərəfi diversiya-terror metodundan istifadə edərək Azərbaycan ordusunun mövqelərinə hücuma hazırlaşır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: