Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışlarını geniş işıqlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “report.ge”, “24news.ge” və digər media qurumlarının yaydığı materiallarda dövlətimizin başçısının çıxışlarından bir çox məqamlar Gürcüstan ictimaiyyətinə təqdim olunub.

Azərbaycan, gürcü, ingilis və rus dillərində “Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil”, “Silahlar Ermənistana pulsuz verilir” və sair sərlövhələrlə verilən materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev dünya ictimaiyyətini regionda sülhə və təhlükəsizliyə mane olan amillər barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan dövlətimizin başçısı konkret faktlarla təcavüzkar ölkəni dünya ictimaiyyəti qarşısında rəzil vəziyyətə salıb. Prezident İlham Əliyev BMT-də islahatlara ehtiyac olduğunu diqqətə çatdıraraq mühüm çağırışlar edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: