Türkiyə XİN: Azərbaycan öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqına malikdir

A- A A+

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycanın Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini ağır silahlarla intensiv atəşə tutduğunu öyrəndik. Beynəlxalq hüquqa qarşı açıq təhdid olan və mülki əhalinin itkisinə yol açan erməni hücumlarını şiddətlə qınayırıq. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin qarşısını alan ən böyük əngəl olduğunu bir daha göstərmişdir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlə Nazirliyinin sözçüsü Hami Aksoyun açıqlamasında ifadə olunub.

Nazirliyin rəsmisi deyib: “Azərbaycan öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqından istifadə edəcəkdir. Bununla bağlı bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi yekdildir. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa dəvət edirik. Yaralılara şəfa, şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət və itkilərə görə can Azərbaycana başsağlığı diləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: