Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlamasından çox narahatam.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili rəsmi “Twitter” səhifəsində yazıb.
Cəbhə xəttindəki vəziyyətin ürəkaçan olmadığını vurğulayan Prezident yazır: “Bölgəmizdə sabitlik və sülh bizim ortaq işimiz olmalıdır”.