Azərbaycanın qüdrətli ordusu xalqı müdafiə etmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır. Ən əsası odur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşir və hər bir soydaşımız özünü müfəssəl əsgər hesab edərək torpaqlarının müdafiəsindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.
Ermənistanın otuz ilə yaxın dövrdə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin bu cür davam etməsini yolverilməz hesab edən səfir Hulusi Kılıç deyib:“ Ermənistan beynəlxalq hüququn bütün dəyərlərini ayaq altına atır. İşğalçı dövlət dərhal Azərbaycan torpaqlarından çəkilməlidir. Geriyə atılacaq heç bir addım yoxdur. Hər bir Türkiyə vətəndaşı Can Azərbaycanla birlikdədir. Şəhidlərimizin ruhu şad olsun. Hər birimiz şəhid olmaqdan şərəf duyarıq.”