Bir millət, iki dövlətik, can Azərbaycanın yanındayıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum təcavüzkar Ermənistanın hərbi təxribatları əsasında yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında yer alıb.
Nazir paylaşımında :“Ermənistanın Azərbaycan torpaqlarına qarşı hüquq tanımayan hücumlarını şiddətlə qınayıram. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə tez sağalmalarını diləyirəm. Bir millət, iki dövlətik, can Azərbaycanın yanındayıq”,-deyə ifadə edib.