Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda vəziyyətin yenidən kəskinləşməsi ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda Fransa vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirərək, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Mülki əhali arasında itkilərdən narahatlığını bildirib.
“Fransa Dağlıq Qarabağda hazırda gedən genişmiqyaslı toqquşma və mülki əhali arasında itkilərin olması ilə bağlı məlumatlardan çox narahatdır. Hərbi əməliyyatların dərhal dayandırılmasına və dialoqun bərpasına çağırır.
Minsk qrupunun həmsədri qismində Fransa rus və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə davamlı həllinə nail olmaq öhdəliyinə sadiq olduğunu bir daha bildirir”,-deyə bəyanatda qeyd edilib.