Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və dezinformasiya yayır. Buna görə də ölkəmizdə internet şəbəkəsində müəyyən məhdudiyyətlər var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, ermənilər hətta əvvəlki dövrə aid kadrları yayır ki, bu da heç bir həqiqəti əks etdirmir. O, əhaliyə diqqətli olmağı, bu cür dezinformasiyalara inanmamağı və rəsmi məlumatları izləməyi tövsiyə edib.