Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.
Nazir paylaşımında bildirib: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququ pozan intensiv hücumlarını qətiyyətlə qınayırıq. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır”.