Polkovnik Vaqif Dərgahlı: Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.
Polkovnik Vaqif Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.