Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözlər Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesablarında etdiyi paylaşımda yer alıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olduğunu xatırladan nazir əlavə edib: “Mən də Azərbaycanın Xarici İşlər naziri, qardaşım Ceyhun Bayramov və Rusiya Xarici işlər naziri Sergey Lavrov ilə danışdım. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarımız davam edir”.