Ceyhun Bayramov: Xarici ölkələrin müvafiq qurumları Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı məlumatlandırıb
Sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan atəşkəs rejimini növbəti dəfə pozub, hərbçilərimiz və mülki şəxslər arasında həlak olan və yaralananlar var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 28-də keçirilən brifinqdə bildirib.
Hadisədən sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət etdiyini deyən C.Bayramov bildirib: “Xarici İşlər Nazirliyi bu hadisələr barədə diplomatik korpusu məlumatlandırıb və bəyanatlar yayıb”.