Azərbaycan Ordusu öz ərazimizdə müdafiə xarakterli əməliyyatlar keçirir. Məqsəd mülki əhalini qorumaq, işğalçını sülhə məcbur etməkdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri sentyabrın 28-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidenti köməkçisi bildirib ki, Ermənistanın indiyədək apardığı siyasətdə məqsəd danışıqlar prosesini məhv etmək idi və buna da nail oldu. Ermənistan işğal olunmuş ərazilərdən çıxmamaq üçün hərbi, siyasi təxribatlara əl atır. Bu, Azərbaycana qarşı növbəti təcavüz cəhdi, Azərbaycanı güc yolu ilə hədələməkdir.