Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında Azərbaycanla həmrəylik videosu paylaşıb

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatları nəticəsində yaranmış qarşıdurmada Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən videoçarx yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirliyin  “Twitter”səhifəsində Azərbaycan və Türkiyə ordularının qüdrətini nümayiş etdirən videoçarx sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə bəyənilir və sürətlə yayılır.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin xatırladıldığı hissədə “Hər zaman Can Azərbaycanın yanındayıq” yazılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: