Qardaş Azərbaycanın yanındayıq. 30 ildir münaqişənin həllində heç bir iş görməyənlər indi bəyanat verir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr iddia edir ki, Türkiyə ordusu münaqişə zonasında iştirak edir, Azərbaycana silah yardımı edir. Elə düşünürlər ki, Azərbaycan onlara hesab verməlidir.